Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi oldu

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi oldu
DÜNYA
05:44 20.09.2026
44
Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib.

AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, mübadilə Belarus ərazisində baş tutub.

Ukrayna 15 vətəndaşını, Rusiya isə 3 nəfəri geri qaytarıb.

Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets bildirib ki, geri qaytarılanlar arasında yaşlı və ağır xəstə şəxslər də var.

Onun sözlərinə görə, Ukraynaya qaytarılan ən yaşlı şəxsin 96 yaşı var.

Mübadilə Ukrayna-Belarus sərhədində yerləşən "Novaya Quta” sərhəd-keçid məntəqəsində keçirilib.
OXŞAR XƏBƏRLƏR