Ukraynada 'Azərbaycan: Qərblə Şərqə açılan pəncərə' mövzusunda tədbir keçirildi - FOTOLAR

Ukraynada
GƏNCLİK
16:40 24.10.2012
1595
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Odessa şəhərində "Azərbaycan: Qərblə Şərqə açılan pəncərə" mövzusunda tədbir keçirilib.
Birlikdən AZXEBER.COM-a verilən məlumata görə, Odessa vilayət admnistrasiyasının, bir sıra ölkələrin diplomatık korpus nümayəndələrinin, azərbaycanlı gənclərin və diaspor fəallarının qatıldığı tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları ilə başlayıb. Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin əməkdaşı Həzi Aslanov və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək bu gün Avropaya və dünya birliyinə inamlı inteqrasiya siyasəti yürüdən Azərbaycanın öz iqtisadi inkişaf tempinə görə bölgənin lider dövlətinə çevrilməsindən bəhs ediblər.
Qeyd olunub ki, gündən-günə yeniləşən Azərbaycan Respublikası qədimliklə müasirliyin sintezini özündə cəmləşdirməklə Qərblə Şərq arsında sarsılmaz körpü rolunu oynayır. Ölkəmizdə dövlət səviyyəsində bütün sahələrlə yanaşı, gənclərin inkişafına xüsusi diqqət ayrıldığını nəzərə çatdıran natiqlər bu gün Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin təşkilatlanaraq Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması və xalqımızın qədim və zəngin mədəniyyətinin təbliğ olunması istiqamətində silsilə tədbirlər həyata keçirməsindən bəhs ediblər.
Sonra tədbirə qatılanlar ölkəmizin qədim və müasir gözəlliklərini özündə əks etdirən filmə baxmaqla son illər Azərbaycanda həyata keçirilən qlobal mədəni, iqtisadi layihələrlə tanış olublar. Tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Türkiyənin Odessadakı baş konsulunun müavini Melih Demirtaş, Gürcüstanın Odessadakı baş konsulunun müavini Mamuka Cambazaşvili çıxış edərək, bu gün intibah tarixini yaşayan Azərbaycanın öz maddi sərvətləri ilə yanaşı milli mənəvi dəyərlərinin sahibinə çevrilməsinin tarixi əhəmiyyətindən danışıblar. Müstəqil Azərbaycan dövlətinin inkişaf edərək beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsinin fərəhləndirici hal olduğunu bildiriblər.
Əfsələddin Ağalarov 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
20:00 16.10.2026
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Ukraynada keşiş 3 nəfəri güllələyib
19:38 16.10.2026
Ukraynada keşiş 3 nəfəri güllələyib
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
19:26 16.10.2026
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
19:13 16.10.2026
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
18:55 16.10.2026
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib