Ukraynada azərbaycanlı öz həmyerlisini bıçaqlayaraq öldürdü - VİDEO

Ukraynada azərbaycanlı öz həmyerlisini bıçaqlayaraq öldürdü - VİDEO
KRİMİNAL
15:21 26.04.2021
1557
Ukraynada azərbaycanlılar ilə bağlı daha bir kriminal hadisə qeydə alınıb, bir azərbaycanlı öldürülüb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, paytaxt Kiyevin Desnyanskiy rayonu ərazisində 1996-cı il təvəllüdlü Məcidov Samid Lətif oğlu həmyerlisi 1990-cı il təvəllüdlü Hüseynov Rasət Hafiz oğlu tərəfindən kürək nahiyəsindən bıçaqla vurularaq öldürülüb.

Hadisəni törədən şəxs və hadisənin digər iştirakçısı 1982-ci il təvəllüdlü Vəliyev Seymur Cavanşir oğlu ölkəni hava yolu ilə tərk edərək qaçmaq istəyərkən yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar.

İki gün əvvəl isə Ukraynanın Dnepr şəhərində azərbaycanlı Anar Məmmədov qətlə yetirilib. Ukrayna Daxili İşlər Nazirliyinin yerli bölməsi onun həmin bölgə üzrə kriminal qruplaşmanın rəhbərlərindən olduğunu bildirir. Polis əməkdaşları qatilin şəxsiyyətini müəyyənləşdirməyə müvəffəq olublar. O, 1993-cü il təvəllüdlü Yusif adlı Azərbaycan Respublikası vətəndaşıdır. Hazırda o, axtarışdadır.

Azərbaycanın Kiyevdəki səfirliyindən bildirilib ki, son vaxtlar demək olar hər gün Ukraynanın müxtəlif bölgələrindən bu və ya digər formada azərbaycanlıların kriminal – dələduzluq, oğurluq, ölkədə qanunsuz yaşama və sair əməllər ilə bağlı məlumat daxil olur.

Ukraynada azərbaycanlılar arasında kriminal hadisələrin belə çoxalaraq yerli ictimaiyyətdə müzakirələrə səbəb olması Ukraynada fəal azərbaycanlıları, diplomatik missiyanı, ümumiyyətlə diasporu ciddi narahat edir. Bunun son illər, xüsusilə də 2020-ciildə Azərbaycanın qalib olduğu Vətən müharibəsi ərəfəsində bir çox ölkələrdə olduğu kimi Ukraynada da diplomatiyanın və diasporun nail olduğu uğurlara, bu ölkədə Azərbaycanla bağlı böyük rəğbətə kölgə salma ehtimalından narahatlıq ifadə olunur.

Səfirlik, diaspor təşkilatlarının rəhbərləri, xüsusilə Ukrayna Azərbaycanlıları Radası bu kimi halların qarşısının alınması üçün təbliğat-təşviqat işini gücləndirir, xüsusilə də azərbaycanlı gənclərlə profilaktik söhbətlri artırır.

Xatırladaq ki, Ukraynanın ictimai-siyasi, elm, təhsil, inzibati, tibb, biznes və digər sahələrində bir sıra tanınmış azərbaycanlılar müxtəlif uğurlara imza atıblar.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
23:26 04.11.2026
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
23:04 04.11.2026
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
23:00 04.11.2026
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb