Ukraynada gecə hücumu: 8 bölgədə dağıntılar qeydə alındı

Ukraynada gecə hücumu: 8 bölgədə dağıntılar qeydə alındı
DÜNYA
11:36 17.09.2026
215
Ukraynaya gecə saatlarında genişmiqyaslı hava hücumu həyata keçirilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə təşkil etdiyi hücum zamanı 157 silahlı pilotsuz uçuş aparatı (SİHA) və 16 raketdən istifadə edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı açıqlamada bildirilib ki, hücum zamanı müxtəlif tipli 157 SİHA, o cümlədən ballistik və qanadlı raketlər olmaqla 16 raket buraxılıb.

Açıqlamaya görə, 124 SİHA və jet mühərrikli kamikadze pilotsuz uçuş aparatı kimi tanınan 7 "Banderol/Dan-T” tipli kiçik qanadlı raket zərərsizləşdirilib.

8 bölgədə dağıntı və ziyan qeydə alınıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu Kiyev, Odessa və Sumı vilayətlərində enerji və mülki infrastrukturu hədəfə alıb.

Onun sözlərinə görə, hücum nəticəsində ölkənin ümumilikdə 8 bölgəsində ziyan qeydə alınıb.

Kiyev meri Vitali Kliçko isə paytaxta gecə saatlarında edilən hücum nəticəsində 18 nəfərin yaralandığını açıqlayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR