Ukraynada müharibə zamanı 38 uşaq öldürülüb

Ukraynada müharibə zamanı 38 uşaq öldürülüb
DÜNYA
19:37 06.03.2022
306

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan indiyədək 38 uşaq həlak olub, 71 uşaqsa yaralanıb.

Bu barədə Ukraynanın insan hüquqları üzrə müvəkkili Lyudmila Denisova "Telegram”-da məlumat verib.

Onun sözlərinə görə, bu məlumatlar tam deyil. Belə ki, Donetsk vilayətinin Mariupol şəhəri və Kiyev vilayətinin İrpen şəhəri sakinlərindən bu gün ölən və yaralananların sayı barədə hələlik dəqiq məlumat yoxdur.

"Mən beynəlxalq insan haqları təşkilatlarını Ukraynaya qarşı müharibəni dayandırmaq üçün Rusiya Federasiyasına təzyiqi artırmaq məqsədilə bütün mümkün tədbirləri görməyə çağırıram”, - Ombudsman qeyd edib.
OXŞAR XƏBƏRLƏR