Ukraynada Müslüm Maqomayev və Nizami Gəncəviyə heykəl qoyulacaq

MƏDƏNİYYƏT
12:36 02.11.2012
1544
Yaxın zamanlarda Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevin Kiyevdə heykəli ucaldılacaq. Bu barədə Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirib.R.Tağıyev qeyd edib ki, bundan başqa, planda dahi azərbaycanlı şair Nizami Gəncəvinin də Ukrayna da heykəlinin ucaldılması var: “Azərbaycanlı ədiblərin bu ölkədə heykəllərinin ucaldılması, xatirə guşələrinin açılmasına ehtiyac var. Bu, ölkəmizin Ukraynada daha geniş təbliğ olunmasında əsas rol oynayır”. O həmçinin bildirib ki, gələcəkdə digər tanınmış azərbaycanlıların da Ukraynanın müxtəlif yerlərində abidələrinin ucaldılması gözləniləndir.

OXŞAR XƏBƏRLƏR