Ukraynada narkotik satan azərbaycanlı tutuldu

Ukraynada narkotik satan azərbaycanlı tutuldu
Bütün Xəbərlər
16:23 25.01.2013
1077

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Dnepropetrovsk vilayətində narkotik maddələrin Rusiyaya qaçaqmalçılığı cəhdinin qarşısını alıb.AZXEBER.COM-un Ukraynanın Beynəlxalq İnformasiya Araşdırmaları Agentliyinə istinadən verdiyi xəbərə görə, qanun keşikçiləri “Dnepropetrovsk-Moskva” qatarında 51 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.Əvvəllər narkotik vasitə saxladığına görə dəfələrlə məhkum olunan və Dnepropetrovsk şəhərində qeydiyyatsız yaşayan azərbaycanlının şəxsi əşyalarına baxış zamanı 360 ədəd həb aşkar edilərək götürüblər. Həblərin tərkibinə xüsusi təhlükəli narkotik maddə olan metamfetaminin hazırlanması zamanı istifadə olunan psevdoefedrin hidroxlorid daxil olub. Bundan əlavə, 10 qram metamfetamin və 200 qram kannabis də götürülüb. Götürülən narkotik vasitələrin ümumi dəyəri “qara bazar” qiymətləri ilə 16 380 dollar təşkil edir.Faktla bağlı Ukrayna Respublikası Cinayət Məcəlləsinin 305-ci maddəsi üzrə cinayət işi açılıb. Ukrayna Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, məhkəmənin qərarı ilə həmyerlimiz həbs olunub.

OXŞAR XƏBƏRLƏR