Ukraynada partlayışlar olub, ölən və yaralananlar var

Ukraynada partlayışlar olub, ölən və yaralananlar var
DÜNYA
23:12 02.07.2025
387
Ukraynanın Jitomir şəhəri yaxınlığındakı magistral yolda iki partlayış baş verib.

Bu barədə Jitomir vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Buneçko bildirib.

"M-06 şossesinin Jitomir yaxınlığındakı Berezina qəsəbəsində iki partlayış baş verib. İki nəfərin öldüyünü, 15 nəfərin yaralandığını təsdiqləyə bilərik", - Buneçko qeyd edib.

O, partlayış nəticəsində fərdi yaşayış evlərinin də zərər çəkdiyini vurğulayıb. Zərərçəkənlərə yardım göstərilib. Magistral avtomobillərin minimal hərəkəti ilə təmin olunub.

/Report
OXŞAR XƏBƏRLƏR