Ukraynada son 24 saat ərzində daha 19 893 nəfər COVID-19 virusuna yoluxub ki, bu da indiyədək qeydə alınmış ən böyük gündəlik yoluxma rəqəmidir.
Bu barədə "Facebook” səhifəsindən bildirən səhiyyə naziri Maksım Stepanov həmçinin koronavirusdan 433 nəfərin öldüyünü, bunun da rekord göstərici olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, ötən gün də ölkədə 17 569 yoluxma və 421 ölüm hadisəsi qeydə alınmışdı ki, bunlar da pandemiyanın başlamasından bu yana ən yüksək göstəricilərdir.
///Report