Azərbaycanda keçirilən prezident seçkiləri dünyanın müxtəlif ölkələrində olduğu kimi Ukraynada yaşayan soydaşlarımızında birlik və həmrəylik təntənəsinə çevrilib.
Belə ki,dünən səhər saatlarından başlayaraq Azərbaycanın Ukraynadakı səffirliyində yaradılmış seçki məntəqəsinə gələn hər bir azərbaycan vətəndaşı seçkilərdə fəallıq nümayiş etdirməklə xalqımızın gələcək müqəddərat halının dahada inkişaf etdirilməsinə öz töhvələrini veriblər.Azərbaycanın Ukraynadakı səfirliyində hər bir Azərbaycan vətəndaşına öz seçimlərini etmələri üçün geniş imkanlar yaradılıb. Seçkilərin azad və demokratik keçirilməsi üçün möhürlənmiş şəffaf qutular yerli və xarici müşahidəçilərin iştirakı ilə seçiciləırin ixtiyarına verilib.Ukraynanın Sumı ,Donetsk,Kiyev ,Xarkov və bir sıra şəhərlərində yaşayan azərbaycan vətəndaşları,gənclər və tələbələr isə xüsusi avtobuslarla Azərbaycanın Ukraynadakı səfirliyinə gələrək sərbəst və azad qaydada öz seçimlərini ediblər .
Səsvermədə seçicilərlə görüşən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli seçkilərdə fəallıq göstərən soydaşlarımıza ,xüsusəndə gənclərə minnətdarlığını bildirib .Seçkilərlə bağlı Azərbaycan səfirliyində hər cxürə şəraitin yaradıldığını diqqətə çatdıran diplomat bu seçkilərdə xalqımızın istək və arzusunun reallaşacağına əminliyini ifadə edib.Səsvermədə iştirak edən Azərbaycan Ukrayna Dostluq və Xeyriyyə fondunun prezidenti ilqar Abbasov ,İşıq dini cəmiyyətinin sədri Əbülfəz Qasımov , seçicilərdən Bədəl Priyev və digər soydaşlarımız seçkilərin dünyanın müxtəlif ölkələrində olduğu kimi Ukraynadada yüksək səviyyədə təşkil olunduğunu, azad və sərbəst şəkildə hər bir kəsin öz istədiyi namizədə səs verdiklərini vurğuladılar. Azərbaycanı işıqlı gələcəyə aparacaq ən layiqli namizədə səs verdiklərini qeyd ediblər
Səhər saatlarından başlayaraq səfirliyimizə gələn insan axını,xüsusəndə ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin seçkilərdə daha fəallıq nümayiş etdirməsi onu göstərib ki, artıq hər bir kəs tarixi vətənimizin müqəddaratının etibarlı əllərdə olmasını bütün dəyərlərdən üstün tuturlar. Ukraynanın müxtəlf vilayət və şəhərlərindən yüzlərlə gəncin Kiyev şəhərinə gələrək seçkilərdə xüsusi fəallıq nümayiş etdirdiklərini bildirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov bu mütəşəkkilliyi dünya Azərbaycan gəncliyinin qüdrətli dövlətimizə sədaqətinin ,ölkəmizi və xalqımızı xoş və inamlı gələcəyə aparan cənab İlham Əliyevə olan sonuz etibarın məntiqi nəticəsi kimi dəyərləndirib .
Yerli və xarici müşahidəçilərin iştirakı ilə keçirilən səsvermə prosesi Ukraynanın KİV-nin də diqqət mərkəzində olub . Beləki, gün ərzində Azərbaycanda keçirilən prezident seçkiləri haqqında dəqiq və ətraflı məlumat verən Ukraynanın bir sıra televiziya kanalları Azərbaycanda keçirilən bu dəfəki seçkiləridə demokratiyanın bariz nümunəsi kimi qiymətləndiriblər.
![](/file/pic/xeber/2013-10-09/83640.jpg)
![](/file/pic/xeber/2013-10-09/83644.jpg)
![](/file/pic/xeber/2013-10-09/83647.jpg)