İclasda bir sıra mühüm qərarlar qəbul edilib və görüləcək işlər haqqında məlumat verilib. Həmçinin yığıncaqda yaxın gələcəkdə keçiriləcək sədr seçkilərinə hazırlıq məsələlərindən danışılıb.
UAGT idarə heyətinin sədri Xəzri Elxanoğlu AZXEBER.COM-a bildirib ki, iclasda Elməddin Zərbəlizadə təşkilatın icraçı direktoru seçilib. İclas iştirakçıları və idarə heyətinin üzvləri tərəfindən UAGT-nın adında qeyd edildiyi kimi bütün Azərbaycan təşkilatlarını özündə birləşdirəcək. Bu təşkilat azərbaycanlı gənclər üçün əlaqələndirici şura vəzifəsini yerinə yetirəcək. Bu məqsədlə Ukraynada fəaliyyət göstərən digər gənclər təşkilatları və təşkilat nümayəndəliklərini də, bu təşkilatda birləşdirilməsi ideyası idarə heyəti tərəfindən qəbul edilib. Qeyd edək ki, idarə heyətində aktiv gənclərdən başqa Ukraynada fəaliyyət göstərən Mir Molodyoj, ASGA Ukrayna Təmsilçiliyi, Yeni Nəfəs Hərəkatı Ukrayna və Şərqi Avropa Nümayəndəliyi və s. təşkilatlar təmsil olunur. Bundan əlavə digər təşkilatlara da dəvət göndərildiyi və qapılarının açıq olduğunu qeyd edən UAGT idarə heyətinin sədri, UAGT sədr müşaviri Xəzri Elxanoğlu onu da vurğulayıb ki, bu təşkilat təkcə burda əyləşənlər aktiv fəaliyyət göstərməyəcək: “Ukraynada yaşayan bütün gəncləri yanımızda görmək istəyirik. Çünki bu təşkilatda toplaşacaq gənclər sabahın aktiv diaspor nümayəndələri və ən əsası lobbi yaradıcıları olacaqlar. Buna görə də, Ukrayna azərbaycanlılarının idarəçiliyə cəlb edilməsinə daha çox üstünlük veriləcək”.