Ukraynadakı azərbaycanlı tələbələrdən daha bir uğur

GƏNCLİK
01:04 13.03.2012
1940

Ukraynanın Mariupol Dövlət Universitetində Maslennisa milli bayramına həsr olunan sərgi keçirilib.

AZXEBER.COM-un məlumatına görə, sərgidə bu Universitetdə təhsil alan azərbaycanlı tələbələr hazırladıqları Novruz stendini nümayiş etdirib. Azərbaycanın milli mətbəxi, şirniyyatları sərgi iştirakçılarına təqdim olunub.

Ukrayna, Yunanıstan, Ermənistan, Rusiya və Azərbaycanın iştirak etdiyi sərgidə azərbaycanlı gənclərin hazırladığı stend ən çox izləyici toplayıb. Burada sərgi iştirakçılarına Azərbaycan haqqında geniş məlumat verilib. Ukrayna Azərbaycanlıları Konqresinin Mariupol Gənclər Təşkilatının rəhbəri Qalib İbrahimli deyib ki, bu tədbirə xüsusi hazırlaşıblar: “Azərbaycanda Avroviziya yarışına az qaldığı bir vaxtda biz milli mədəniyyətimizi hamıya nümayiş etdirmək və ölkəmizə diqqəti artırmaq istədik. Sərgiyə gələnlər bizə çoxlu suallar verirlər, Azərbaycanı görməyə tələsdiklərini söyləyirlər. Bu çox gözəldir. Əlbəttə ki, biz Vətənimizlə fəxr edirik və onu Ukraynada layiqincə təmsil etməyə çalışırıq. Buna yorulmadan davam edəcəyik”. Qalib İbrahimli tezliklə Mariupol Dövlət Universitetində Azərbaycan guşəsi yaradacaqlarını və hazırda bu işlə ciddi məşğul olduqlarını da açıqlayıb. Bu Universitetin Gənclər Təşkilatının sədr müavini Günay Hüseynova isə Azərbaycanın təbliği işini gücləndirdiklərini və artıq müsbət nəticələrə nail olduqlarını deyib.

OXŞAR XƏBƏRLƏR