Ukraynadakı gənclər 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirdi - FOTOLAR

GƏNCLİK
15:06 21.01.2014
2036

Kiyev şəhərində Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin və   Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşəbbüsü ilə UAGB-nin Gənclər Mərkəzində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.Ukraynanın bir sıra  gənclər təşkilatları rəhbərlərinin , diplomatların və diaspora fəallarının qatıldığı tədbirdə dövlət müstəqilliyimiz uğrunda canlarını fəda etmiş  qəhrəman oğul və qızlarımızın  keçdiyi şərəfli ömür yolu böyüməkdə olan gənc nəslə  örnək göstərilib .

UAGB –nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, anım mərasiminə qatılanlar ilk öncə Azərbaycan Televiziyasının hazırladığı Qanlı Yanvar sənədli filminə baxmaqla 24 il bundan öncə totalitar sovet hakimiyyətinin Bakıda və Azərbaycanın bir sıra şəhərlərində həyata keçirtdiyi  amansız qətliamlarla tanış olublar . Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək , 24 il bundan öncə müasir silahlarla silahlanmış  sovet ordusunun Bakı və Azərbaycanın müxtəlif şəhərlərində dinc əhaliyə qarşı törətdiyi qanlı cinayətlərdən  danışıb. Sinələrini dövlət müstəqilliyimizə tuşlanmış gülləyə  sipər edərək    şəhid olanların  dünyanın harasında yaşamasından asılı olmayaraq  hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıb.  20 yanvar tarixini müstəqil Azərbaycan dövlətinin qəhrəmanlıq səlnaməsi adlandıran Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda  döyüşərək  şəhidlik zirvəsinə ucalmış oğul və qızlarımızın  şərəfli ömr yolunun  gələcək nəsillərə   örnək olduğunu vurğulayıb. Mərasimdə professor ,Rafiq Əliyev , Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, ARDNŞ in Ukrayna nümayəndəliyinin müavini Həzi Aslanov, ASAİF-in hımtəsisçisi Rüfət Əzizov , İşıq İctimai Birliyinin sədri Əbülfəz Qasımov,  Akkord şirkətlər qrupunun Ukraynadakı nümayəndəsi Sahib Məmmədov, Ümumukrayna Tələbə Birliynin sədri Dmitri Bulaev , UAGB-nin sədr müavini İlhamə Allahverdiyeva  və digərləri çıxış edərək  qanlı  yanvar  faciəsindən 24 il ötməsinə baxmayaraq başda Mixail Qarbaçov olmaqla  o zamankı sovet rəhbərliyi haqqında heç bir ölçü götürülməməsini tarixi ədalətsizlik kimi dəyərləndiriblər. Mərasimdə  azərbaycan xalqının   şan və şərəf tarixi olan   20 yanvar  hadisələrinin  dünya durduqca qəhrəmanlıq təcəssümü kimi  xatırlanacağı bildirilib.

OXŞAR XƏBƏRLƏR