Hava limanı əməkdaşlarının səhvi artıq aradan qaldırılıb
Ukraynadan deportasiya edilən erməni səhvən Bakıya gətirilib. Yanlışlıqla Kiyevdən bakıya göndərilən 22 yaşlı Asatur Xaçatryan artıq Ukraynadadır. Məlumata görə, hadisə ötən gün baş verib. Kiyev hava limanında sənədlərində problem yaranan gənci Ermənistana yola salmaq əvəzinə Azərbaycana göndəriblər. Yenidən Kiyevə qaytarılan erməni gəncini birinci dəfə qonaq gəldiyi qohumları qarşılayıblar. Sənədlərlə bağlı problemi isə araşdırılır. (anspress)