Ukraynanın 3 döyüş təyyarəsi vuruldu

Ukraynanın 3 döyüş təyyarəsi vuruldu
DÜNYA
15:20 08.03.2022
382
Son 24 saat ərzində Rusiya Aerokosmik Qüvvələrinin döyüş təyyarələri Ukrayna ərazisində 158 hərbi obyekti məhv edib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, martın 7-də Ukrayna Hərbi Hava Qüvvələrinin Jitomir vilayətindəki Ozernoye aerodromunu yüksək dəqiqlikli uzaqmənzilli silahlarla sıradan çıxarılıb.

Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki "MiQ-29" və bir "Su-27"-ni havada vurub.

Həmçinin "S-300" zenit-raket kompleksinin 2 diviziyası, 3 ədəd "Buk M-1" özüyeriyən atəş sistemi, 4 komanda məntəqəsi, 2 radar stansiyası, 9 sursat anbarı vurulub.
OXŞAR XƏBƏRLƏR