Ukraynanın yeni müdafiə naziri Rüstəm Umerov kimdir? - DOSYE

Ukraynanın yeni müdafiə naziri Rüstəm Umerov kimdir? - DOSYE
DÜNYA
13:10 04.09.2023
872
Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Oleksey Reznikovu vəzifəsindən azad edib.
 
Onun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerov təklif edilib.
 
Əgər onun namizədliyi parlamentdə təsdiqlənərsə, Rüstəm Umerov Ukrayna tarixində nazir postunu tutan ilk Krım tatarı olacaq.

Bəs nazir vəzifəsinə yeni namizəd Rüstəm Umerov kimdir?
 
AZXEBER.COM Ukrayna Müdafiə Nazirliyinə yeni namizəd olan Umerovun dosyesini təqdim edir:
 
Rüstəm Umerov Krım tatar türküdür.

O, 1982-ci il aprelin 19-da Özbəkistanın Səmərqənd vilayətinin Bulqur şəhərində Aluştadan olan mühacir ailəsində anadan olub.

Etnik olaraq Krım tatar türkü olan Umerov Kiyev Milli İdarəetmə Akademiyasında İqtisadiyyat üzrə bakalavr və Maliyyə üzrə magistr dərəcəsi alıb.

O, karyerasına 2000-ci illərin əvvəllərində sonradan Turkcell tərəfindən satın alınan Ukraynanın mobil telefon operatoru Lifecell-də başlayıb və 2003-2007-ci illərdə GSM/TDMA şəbəkəsinin inkişafı departamentində saytın idarə edilməsi və hüquqi dəstək şöbəsinin müdiri vəzifəsində çalışıb.

2007-2010-cu illər arasında satınalma, logistika və müqavilələrin idarə edilməsi departamentinə rəhbərlik edən Umerov 2010-cu ildə Lifecell-də satış və müştəri əlaqələri üzrə məsul olub və eyni ildə baş menecer kimi ICG Investments-ə keçib. Umerov 2011-ci ildə iCapital-da eyni vəzifəni tutub.

Umerov 2013-cü ildə ASTEM investisiya şirkəti və ASTEM Fondunu təsis edib. Fond Stanford Universitetində Ukrayna Yeni Liderlər Proqramını maliyyələşdirib. ASTEM rabitə, informasiya texnologiyaları və infrastruktur investisiyalarını idarə edir.

2019-cu ildən "Holos” (Səs) Partiyasından Ukraynanın xalq deputatı olan Umerov 2022-ci ilin sentyabrında Ukrayna parlamenti tərəfindən Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri təyin edilib.
 
Ukraynanın Ərəb və müsəlman dövlətləri ilə qarşılıqlı əlaqələr üzrə Prezident yanında Məşvərət Şurasının komissarı Umerov 2022-ci ilin fevralından Ukraynanın Rusiya ilə danışıqlar qrupunda təmsil olunur.

2020-ci ildə Umerov Milli Təhlükəsizlik və Müdafiə Şurası çərçivəsində "Krımın və Sevastopolun işğaldan azad edilməsi üzrə dövlət strategiyası”nın hazırlanması üzrə qrupa qoşulub.

2022-ci ilin iyulunda Umerov hərbi vəziyyət zamanı beynəlxalq logistik yardımın alınmasına və istifadəsinə nəzarət etmək üçün Müvəqqəti Təhqiqat Komissiyasının sədri seçilib.

2021-ci ildə 3-cü dərəcəli Ukrayna "Xidmətlərə görə” ordeni ilə təltif edilən Umerov evlidir və üç övladı var.

Umerov əvvəllər Rusiyada ekstremist təşkilat kimi fəaliyyəti qadağan edilmiş Krım Tatar Milli Məclisinin sədri Mustafa Cəmiloğlunun müşaviri olub.

Mikayıl
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub
19:18 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
19:06 23.08.2026
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
19:00 23.08.2026
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
18:53 23.08.2026
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
Manuel Noyer TARİX YAZDI
18:48 23.08.2026
Manuel Noyer TARİX YAZDI
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
18:44 23.08.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
18:38 23.08.2026
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
18:34 23.08.2026
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
18:28 23.08.2026
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
18:25 23.08.2026
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
18:20 23.08.2026
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
18:17 23.08.2026
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
18:09 23.08.2026
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
18:06 23.08.2026
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
17:59 23.08.2026
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
17:53 23.08.2026
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər