Ukraynanın nüfuzlu universitetinin rektoru ASGA-nın ofisində - FOTOLAR

Ukraynanın nüfuzlu universitetinin rektoru ASGA-nın ofisində -  FOTOLAR
GƏNCLİK
17:50 08.09.2016
2114
Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru Bakıda işgüzar səfərdədir.
Səfər çərçivəsində Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru, professor Pançenko Sergey Vladimiroviç Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) ofisində təşkilatın idarə heyəti ilə görüşüb.
Görüşü giriş sözü ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov açaraq Azərbaycan-Ukrayna əlaqələrindən danışdı. Ukraynanın Azərbaycan üçün strateji tərəfdaş olduğunu deyən S.Abbasov bu əlaqələrin təhsil sahəsinə inteqrasiyasının vacibliyini qeyd etdi.
Bu istiqamətdə ASGA-nın müxtəlif layihələr həyata keçirdiyini deyən S.Abbasov gələcəkdə "Azərbaycan-Slavyan Gənclərinin I Forumu”nun keçiriləcəyini dedi:"Ukrayna bizimçün strateji müttəfiq ölkədir. Bugün Ukraynada Ulu Öndərin xatirəsinə parklar salınır, abidələr ucaldılır. Eyni münasibəti isə Azərbaycan Ukraynaya sərgiləyir. Heç kimə sirr deyil ki, bugün Bakıda və bir neçə regionda Ukraynanın tanınmış tarixi şəxsiyyətlərinin xatirəsi müxtəlif abidələrlə əbədiləşib. Bu dostluq, mütəffiqlik siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Biz də ASGA olaraq bu ələqələri gənclər səviyyəsində inkişaf etdirməyə borcluyuq.”
Daha sonra Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru, professor Pançenko Sergey Vladimiroviç çıxış edərək rəhbərlik etdiyi universitetin prioritet istiqamətlərindən danışdı.
Universitetin müəllim-kadr personalının kifayət qədər peşəkarlardan ibarət olduğunu deyən Sergey Vladimiroviç Azərbaycanla təhsil sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini dedi:"Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universiteti Ukraynada öz çəkisi, təhsil sahəsində ciddi yükü olan elm ocağıdır. Bizim universitetdə xarici ölkələrdən gələn tələbələr üçün olduca əlverişli şərait yaradılıb. Ümumiyyətlə Azərbaycan-Ukrayna əlaqələri bütün sahələrdə inkişaf edib. Təhsil sahəsində isə bu daha qabarıq şəkildə özünü biruzə verir. Ümid edirəm ki, gələcəkdə də biz bu sahədə ciddi uğurlar əldə edəcəyik”
ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev çıxış edərək son 5 ildə Ukrayna-Azərbaycan əlaqələrinin daha dinamik inkişaf etdiyini dedi. Ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynadığını dyən A.Verdiyev təhsil sahəsində birgə proqramların həyata keçirilməsinin vacibliyini vurğuladı.
ASGA sədr müavini Tural Əhmədov isə çıxışında Ukrayna ali təhsil müəssisələrinin dünya reytinqində xüsusi çəkisi olduğunu dedi. Qarşılıqlı tələbə mübadiləsinin inteqrativ dinamikasının birgə layihələrdən asılı olduğunu deyıən T.Əhmədov bu sahədə QHT-lərin üzərinə böyük məsuliyyət düşdüyünü dedi.
SondaAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası İdarə Heyətinin qərarı ilə təsdiqlənən "Fəxri Diplom” və hədiyyələr Ukrayna Dövlət Dəmiryolu Nəqliyyat Universitetinin rektoru, professor Pançenko Sergey Vladimiroviçə təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Baş nazir: İsrailin Tramp qədər yaxşı dostu olmayıb
17:37 19.06.2025
Baş nazir: İsrailin Tramp qədər yaxşı dostu olmayıb
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
17:28 19.06.2025
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
17:23 19.06.2025
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
17:09 19.06.2025
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib