Noyabrın 2-də Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsində aviazərbənin endirildiyi ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Son məlumatlara görə, hadisə nəticəsində həlak olanların sayı 53-ə yüksəlib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyası məlumat yayıb
"Son məlumatlara görə, 53 nəfər həlak olub, 50-yə yaxın insan itkin hesab edilir. Xilasedicilər və iyləyici itlər mərhumların cəsədlərini və qalıqlarını tapmaq üçün ərazidə axtarışlarını davam etdirirlər”, – deyə məlumatda vurğulanıb.
Bildirildiyinə görə, Rusiya ordusu noyabrın 2-də azı doqquz aviazərbə endirib. Bu, genişmiqyaslı müharibənin başlanmasından bəri Zaporojye vilayətində insan tələfatının sayına görə ən böyük faciələrdən biridir.











































