Atası mədən işçisi olan Tümər Mətin gözəl jest edib.
Sabiq "Beşiktaş"lı olan Tümər Mətin Soma faciəsindən xilas olduqdan sonra "ayaqqabımı çıxardım xərək çirklənməsin" sözləri ilə gözləri yaşardan Murad Yalçının borclarını ödəyib.
Show TV-də efirə çıxan bir proqrama telefon ilə bağlanan Murad ev borcu olduğu üçün yenidən mədəndə girib işləməyə məcbur olduğunu bildirdi. Ancaq təzyiqlərə baxmayaraq borcunun miqdarını söyləmədi. Murad Yalçının dediklərini dinləyən Tümer Metin onun əlaqə nömrəsini tapıb.
Daha sonra verilişə zəng edərək "artıq Murad qardaşımın borcu yoxdur" deyərək, mədənçinin ev borcunu boynuna götürdüyünü söylədi.(milli.az)