Fransanın PSJ klubunun hücumçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara növbəti dəfə gündəmə düşüb.
Argentinalı model "Instagram"da çılpaq fotosunu paylaşıb. Onun bu paylaşımı qısa müddətdə minlərlə "like" yığıb. Naranın 6 milyon izləyicisi var.
Nara "Corriere dello Sport"a açıqlamasında İkardidən yaşda böyük olmağında problem yaşadığını deyib:
"Mauro ilə yaş fərqimizə görə problem yaşadım. Ondan 7 yaş böyükəm. Mən həmişə seksi olmaq istəyirəm. Sosial media da belədir. Bir xarakterin arxasında gizlənmişəm".
Vanda Nara Argentina millisinin keçmiş üzvü Maksi Lopesin həyat yoldaşı olub. Nara Lopeslə evli ola-ola Mauro İkardi ilə eşq həyatı yaşayıb və 2013-cü ildə onunla yaşamağa başlayıb.
milli.az