Ulu Öndər Heydər Əliyevlə bağlı anım mərasimi keçirildi

SİYASƏT
14:27 11.12.2014
1013
AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin vəfatının 11-ci il dönümü ilə əlaqədar olaraq anım günü keçirilib.Muzeyin direktoru Gülbəniz Babaxanlı ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin möhtəşəm siyasi fəaliyyəti boyunca digər sahələrlə yanaşı, ədəbiyyat məsələləri ilə də daim məşğul olduğunu, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri tədqiqi, təbliği, dünya miqyasında tanıdılması, müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaradılması istiqamətində son dərəcə böyük işlər gördüyünü deyib.O bildirib ki, H.Əliyevin sevə-sevə qayğı göstərdiyi klassik Azərbaycan sənətkarları içərisində dahi şair və dramaturqumuz, böyük filosof və fikir adamı, vətənpərvər ziyalı Hüseyn Cavidin özünə məxsus müstəsna yeri var. Cavid sənətinə hələ keçən əsrin 70-ci illərindən maraq göstərən H.Əliyev onun adını Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirənlər sırasında dəfələrlə çəkmişdir. 80-ci illərin əvvəllərindən isə ümummilli liderimiz H.Cavid irsinə müntəzəm diqqət göstərmiş, şairə layiqli qiymətin verilməsi işinə nəzarəti bir an belə zəiflətməyib. 1995-ci ilin iyununda H.Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılmasına həsr edilmiş müşavirədəki giriş sözündə H.Cavidin irsinin əbədiləşdirilməsi ilə bağlı prosesi incədən incəyə təhlil edən H.Əliyev, doğrudan da mədəniyyətimiz, ədəbiyyatımız, elmimiz üçün unikal bir dahi şəxsiyyət olduğunu xüsusilə vurğulayıb.H.Əliyev bütün şüurlu həyatı boyu doğma xalqının xoşbəxtliyi, dünya birliyi içərisində öz layiqli yerini tutması uğrunda yaradıcılıq, quruculuq fəaliyyətinə bir an belə fasilə verməmiş, bunu həyatının ən başlıca mənası hesab edib.1982-ci il oktyabr ayında Heydər Əliyevin sərəncamı ilə Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsində rolu olanlardan biri Həmid Cəfərov bütün bu kədərli anları xatırlayaraq dedi ki, bu mənim həyatımda ən yaddaqalan hadisə idi. Heydər Əliyev bu nəcib işə xeyir-dua verdi. 1982-ci ildə şairin 100 yaşı tamam olanda Heydər Əliyev SSR tarixində heç kəsin edə bilmədiyi işi edib – Cavidi Vətənə qaytarıb. Fəxr edirəm ki, bu məsuliyyətli işdə mən də iştirak etdim. Heydər Əliyevin mənə göstərdiyi yüksək etimadı doğrultdum. Ulu Cavidin ruhu qarşısında borcumdan çıxdım...Elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva Heydər Əliyevin Cavid irsinə göstərdiyi qayğıdan danışaraq, fil.ü.e.d. G.Babaxanlının 2013-cü ildə nəşr olunan Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyasının gələcək nəsillərə ötürülməsində gözəl bir örnək olduğunu vurğulayıb.Sonda muzeyin baş mühafizi Elnarə Fərzəliyeva H.Cavidin irsinə H.Əliyevin sonsuz qayğısını əks etdirən şəkillərdən ibarət hazırladığı fotoslaydı nümayiş etdirilib.
OXŞAR XƏBƏRLƏR