Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hotellərdən birində yanğın olub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, yanğın nəticəsində xəsarət alanlar olub.
Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey bildirib ki, yanğında bir nəfər ölüb, 4 nəfər xilas edilib.
Hazırda yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir.
Qeyd edək ki, yanan hotelin turizm fəaliyyəti göstərməyə dair sənədi olmayıb və yanvar ayında bağlanılmasına qərar verilib.