AZXEBER.COM-un "Şəhidlər ölməz" rubrikası aprel döyüşlərində qəhrəmancasına şəhid olan 23 yaşlı Rəşad Niftalıyevə həsr edilib.
AZXEBER.COM əməkdaşları şəhidimizin ailəsinə baş çəkib.
Əslən Zəngilan rayonundan olan Rəşad Niftalıyevin anası Fərqanə Abdullayeva şəhidin həyatı ilə bağlı oxucularımıza geniş məlumat verib.
Qeyd edək ki, Rəşad Şakir oğlu Niftalıyev 19 avqust 1993-cu ildə Zəngilan rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Rəşad 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Həmin videoreportajı təqdim edirik:
Mələk Cabbar
Video: Rüfət Hüseynov