“Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın əri Tərlan Dağlı yenidən qandallanıb.
AZXEBER.COM-un “milli.az”a istinadən verdiyi xəbərə görə, meyxanaçı T. Dağlı bir müddət əvvəl metronun "İnşaatçılar" stansiyasının yaxınlığında yerləşən “Zəngin süfrə” kafesindən sintezator oğurlamaqda şübhəli bilinir. T.Dağlı oğurluq etdiyinə görə, axtarışa verilib. Polis onu ötən gün həbs edib. Faktla bağlı araşdırma apaırılır. Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən milli.az-a bildirilib ki, Tərlan Dağlının oğurladığı güman edilən sintezatorun təxmini dəyəri 350 manat olub. O, ilkin dindirmə zamanı oğurladığı musiqi alətini 100 manata dəyər-dəyməzinə satdığını deyib. Qeyd edək ki, T.Dağlı son günlər ancaq kriminal xarakterli hadisələrlə gündəmə gəlib. O, bu il ərzində 3 dəfə bıçaqlanıb. Daha sonra isə Sabunçu rayon Polis İdarəsi tərəfindən oğurluq etdiyinə görə tutulub. Sonradan ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıb.