Ulviranın əri ötən gecə yenə bıçaqlandı

Ulviranın əri ötən gecə yenə bıçaqlandı
Bütün Xəbərlər
18:07 27.02.2012
3147
ANS-in “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı yenidən bıçaqlanıb. Bu barədə APA-ya 3 saylı şəhər Klinik Xəstəxanasından bildirilib.AZXEBER.COM-un məlumatına görə, ötən gecə Bakı şəhər sakini, 22 yaşlı Tərlan Ağa oğlu Mustafayev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.Sabunçu Rayon Polis İdarəsindən bildirilib ki, hadisə ötən gecə rayonun Bakıxanov qəsəbəsi Sülh küçəsi, ev 6-nın qarşısında qeydə alınıb. T. Mustafayevin kimin tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Onun özünə xəsarət yetirməsi də istisna edilmir.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, T. Mustafayev son 2 ayda artıq üçüncü dəfədir ki, naməlum şəraitdə bıçaqlanır.Bıçaqlanan T. Mustafayev meyxanaçıdır, Tərlan Dağlı kimi tanınır.
OXŞAR XƏBƏRLƏR