Umayra Tağıyeva: "Mövsümün ilk qarı sentyabrın 26-da yağıb"

Umayra Tağıyeva: "Mövsümün ilk qarı sentyabrın 26-da yağıb"
SOSİAL
17:29 30.09.2021
410
"Bu ilin sentyabr ayı əsasən bol yağışlı hava ilə seçilib. Mövsümün ilk qarı sentyabrın 26-da gecə saatlarında ölkənin dağlıq ərazilərini nazik ağ örpəyə bürüyüb. Belə ki, Şahdağda qarın hündürlüyü 1 sm olub".

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva AZZXEBER.COM-a bildirib ki, sentyabr ayı ərzində düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın 360, Qazax-Gəncə bölgəsində 158, Balakən Şəki zonasında 209, Lənkəran-Astara bölgəsində isə 179 faizini təşkil edib: "Ay ərzində 6 dəfə dolu hadisəsi müşahidə edilib. Çoxillik meteoroloji müşahidələrə əsasən ay ərzində Bakıda ən çox düşən yağıntı 2016-cı ildə 139.1 mm qeydə alınıb, bu da iqlim normasının 809 faizini təşkil edib. Havanın temperaturu isə əsasən komfort göstəricilər ətrafında dəyişib. Bununla yanaşı, ayın əvvəli ilə sonu müqayisə edildikdə böyük temperatur fərqinin olduğu görünür. Belə ki, Bakıda bu ay üçün maksimal temperatur sentyabrın 2-də 36.1 dərəcə, ən aşağı temperatur isə sentyabrın 26-da 13.7 dərəcə isti olub. Ayın 24-dən sonra temperatur iqlim normasından 3 dərəcə aşağı enib”.

Xidmət rəsmisi bildirib ki, ay ərzində Bakıda və Abşeron yarımadasında 61 mm miqdarında yağış yağıb, bu da aylıq normadan 3,5 dəfə çox olub: "Yalnız ötən iki sutka ərzində Bakıda 46 mm (normanın 276 faizi) yağıntının qeydə alındığını nəzərə alsaq, sürüşmələrə meyilli ərazilərə təsirlərin müəyyən edilməsi vacib olardı. Ümumilikdə, iqlim dəyişmələri fonunda artan təhlükəli hava-iqlim prosesləri, xüsusilə kommunal xidmət sahələrinin bu kimi hallara hazırıqlı olmasını tələb edir”.

U.Tağıyeva növbəti ayda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağını bildirib: "Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir. Ayın əvvəlində şimal, şimal-şərq küləyi əsəcək, hava arabir tutqun və yağışlı olacaq. Bakıda və Abşeron yarımadasında gecələr havanın temperaturunun 11-16, gündüzlər 17-22, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir. Şərqi Zəngəzur və Qarabağ bölgəsində gecələr havanın temperaturu 1-6, gündüzlər 9-14 dərəcə isti, dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. Mərkəzi-Aran zonasında isə gecələr havanın temperaturunun 11-16, gündüzlər 17-22, bəzi günlər 25 dərəcə isti olacağı gözlənilir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
16:41 01.07.2026
MEDİA: Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
16:31 01.07.2026
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
16:27 01.07.2026
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
16:22 01.07.2026
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
16:08 01.07.2026
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:05 01.07.2026
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
15:53 01.07.2026
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
15:35 01.07.2026
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
15:21 01.07.2026
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
14:59 01.07.2026
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
14:53 01.07.2026
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:49 01.07.2026
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
14:37 01.07.2026
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
14:28 01.07.2026
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
14:10 01.07.2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
14:08 01.07.2026
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır