Ətraflı məlumat üçün: https://cards.kapitalbank.az/az/BBUM/um/
İndi Umico bonusları m10 tətbiqində:
m10 istifadəçiləri üçün də Umico-dan xüsusi təkliflər var. Belə ki, Umico Bonus indi m10 tətbiqi ilə tam olaraq inteqrasiya edilib və onun rəsmi loyallıq proqramına çevrilib. Bu isə m10 istifadəçilərinə bir çox sərfəli şərtlərlə daha çox keşbek bonuslarını qazanmaq fürsəti yaradır.
m10 tətbiqində QR kodu vasitəsilə edilən bütün ödənişlər istifadəçilərə bonus şəklində minimum 2% keşbek qazandırır ki, bu da tətbiqdən istifadəni daha da sərfəli edir. İstifadəçilər həmçinin seçilmiş tərəfdaşlarında əlavə bonuslar qazana bilərlər.
·m10 vasitəsilə mobil rabitə, internet, kommunal və digər xidmətlərin ödənişi 2%-dək bonus qazandırır.
* Umico bonuslarını qazanmaq üçün m10 istifadəçilərinin kart və ya barkod təqdim etməsinə ehtiyac yoxdur - bonuslar avtomatik və dərhal Umico balansına köçürülür..
·m10 istifadəçiləriUmico bonuslarını toplayaraq onları 10.000-dən çox
alış-veriş nöqtəsində xərcləyə, tətbiqdə xidmətlərin haqqını ödəyə, həmçinin əsas
m10 balansına köçürmə edə bilərlər .
·Kampaniya çərçivəsində müştərilər şəxsi bonuslarını 1 bonus = 1 manat ekvivalentində Umico balansından m10 hesabına köçürə bilərlər..
Umico Market bonusları ilə yeni alış-veriş fürsətləri:
Umico Market-də xərcləmək və qazanmaq indi daha asandır. Belə ki, Umico Market-də alış-veriş edən müştərilər 19%-dək keşbek bonusları qazana və bu bonusları növbəti alış-verişlərdə də istifadə edə bilərlər. Bu yenilik ilə müştərilər toplanılan bonusları daha sərfəli şəkildə istifadə etmək imkanını qazanırlar.
Beləliklə, Birbank, m10 və Umico xidmətləri indi vahid bonus balansı ilə birləşir. Bu isə istifadəçilərə qazandıqları bonusları bir yerdə izləmək və rahatlıqla istifadə etmək imkanını verir. Qeyd olunan yeniliklər istifadəçilər üçün daha sərfəli şərtlər və geniş imkanlar yaradaraq ekosistemin bütün istifadəçiləri üçün daha əlverişli, əlçatan təcrübə təqdim edir.
Ətraflı məlumat üçün: https://umico.az/live/umico-bonus-il-daha-cox-imk