“Ümid edirəm ki, ortaya real iş və nəticə qoyan gənclər bu platformada təmsil olunacaq”

GƏNCLİK
23:06 24.06.2020
1714
Xarici ölkələrdə təhsilini başa vuraraq ölkəmizə qayıtmış və hazırda müxtəlif sahələrdə çalışan bir qrup fəal gənc yeni ictimai təşkilatın – Azərbaycanlı Tələbə və Məzunlar Platformasının yaradılması təşəbbüsü ilə çıxış ediblər.

AZXEBER.COM bildirir ki, hazırda xarici ölkələrdə təhsil alan tələbələri və artıq təhsilini başa vurmuş gəncləri birləşdirəcək təşkilatın əsas məqsədi məzunların şəxsi təcrübələrinə əsaslanaraq, təhsil dövründə tələbələrin qarşılaşa biləcəkləri müxtəlif çətinliklərin həllində onlara yardımçı olmaqdır. Eyni zamanda, xaricdə təhsil alan tələbələr barədə dolğun məlumat bazası yaratmaq niyyətində olan təşkilat müxtəlif fövqəladə hallar şəraitində tələbələrin operativ şəkildə məlumatlandırılması və dəstəklənməsi üzrə xaricdəki tələbələr üçün əsas informasiya portalı rolunu oynayacaq.

Məsələ ilə bağlı Türkiyənin İstanbul Aydın Universitetinin məzunu, universitetin Beynəlxalq Tələbələr Birliyinin sədri olmuş Fərid Şahbazlı AZXEBER.COM-a deyib ki, bu təşəbbüs təqdirəlayiqdir: 

"İllərdir xaricdə təhsil azərbaycanlıların olduqca dağınıq formada fəaliyyət göstərdiyini, xaricdə təhsil alan və məzun olmuş azərbaycanlıların birliyinin yaradılmasına böyük ehtiyac olduğunu qeyd edirdik. 

Gənclər həmişə Azərbaycan həqiqətlərinin təbliği işində ön sıralarda yer alıblar, hərəkətverici qüvvə olublar. 

Ümid edirik ki, yaranacaq bu qurum bundan əvvəlki nümunələrdə olduğu kimi kiçik bir qrupa xitab etməyəcək, Azərbaycanı təmsil etmək üçün gücü və intellekti çatan hər kəsi ətrafında birləşdirəcək. 

Ümid edirik ki, bu platformanın idarəçiliyində ortaya real iş və nəticə qoyan gənclərimiz təmsil ediləcək

OXŞAR XƏBƏRLƏR

X Mostbet