Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili

Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
İQTİSADİYYAT
10:52 21.10.2025
244

Unibank özünün ilk "2024 Dayanıqlılıq Hesabatını” ictimaiyyətə təqdim edib. Sənəd bankın ESİ prinsiplərinə əsaslanan idarəetmə modelini, yaşıl maliyyələşdirmə təşəbbüslərini, sosial və rəqəmsal inkişaf göstəricilərini və iqtisadi tendensiyalara dair analitik qiymətləndirməsini özündə birləşdirir (https://unibank.az/az/sustain/view/1393) .

Hesabatda qeyd olunur ki, 2024-cü il qlobal maliyyə sektoru üçün mürəkkəb, lakin dəyişimin sürətləndiyi dövr olub. Dünya iqtisadiyyatında inflyasiya təzyiqləri, enerji keçidi və süni intellekt texnologiyalarının artan rolu əsas tendensiyalar kimi qiymətləndirilib. Azərbaycan iqtisadiyyatı isə bu şəraitdə dayanıqlılıq və şaxələnmə göstəricilərinə görə regionda fərqlənib. Qeyri-neft sektoru üzrə artım, yaşıl enerji zonalarının inkişafı və COP29-un Bakıda keçirilməsi ölkədə iqtisadi kursu davamlı möhkəmləndirib. 

"Unibankın Dayanıqlılıq Hesabatı GRI standartlarına uyğun hazırlanıb və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə yönəlmiş fəaliyyətləri əhatə edir. Hesabatda göstərilir ki, 2024-cü il Unibank üçün transformasiya ili olub. Bank Azərbaycanın ilk qabaqcıl beynəlxalq standartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlarını (20 milyon AZN) buraxaraq ölkədə yaşıl maliyyə bazarına töhfəsini verib.

İl ərzində "Unibankın kredit portfeli 107 milyon AZN artıb, biznes kreditlərinin portfeldə payı 40%-ə çatıb. Bank regionlarda maliyyə əlçatanlığını genişləndirərək mikrokreditlərin 70%-ni region müştərilərinə, 30%-ni isə qadın sahibkarlara təqdim edib.

Rəqəmsal bankçılıq sahəsində də ciddi irəliləyişlər əldə olunub: rəqəmsal istifadə göstəricisi 19,3% artıb, Leobank ekosistemi genişlənib və 1,7 milyon rəqəmsal istifadəçi qeydə alınıb. Müştəri məmnuniyyətini ölçən NPS göstəricisi 13,3% artaraq, müştəri etibarının daha da gücləndiyini göstərib.

Hesabatda həmçinin "Unibankın ESİ idarəetmə strukturu, Sustainable Finance Framework (SFF) mexanizmi, üç müdafiə xətti prinsipi və dayanıqlılıq üzrə komitələrin fəaliyyəti təqdim olunur. Bankın həm Müşahidə Şurası, həm də İdarə Heyəti yanında dayanıqlılıq üzrə fəaliyyət göstərən komitələri Dayanıqlılıq meneceri ESİ prinsiplərinin gündəlik qərarvermə və əməliyyatlara inteqrasiyasına nəzarət edir.

Sosial istiqamətdə bank şəhid ailələrinə dəstəyini, uşaq evləri üçün keçirilən sosial aksiyaları və 500 ağacın əkildiyi ekoloji layihələri ilə cəmiyyətə təsirini gücləndirib. 2024-cü ildə əməkdaşların 60%-i təlimlərdə, o cümlədən 60 nəfər ESG mövzularında ixtisaslaşmış təlimlərdə iştirak edib.

Unibank İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov qeyd edib: "Sabit maliyyə göstəricilərimizlə yanaşı, sosial ədalət və ekoloji məsuliyyət prinsiplərini bank fəaliyyətimizin mərkəzinə yerləşdirmişik. Bu hesabat yalnız bu gün harada olduğumuzu deyil, həm də hara getdiyimizi göstərir. O, həm irəliləyişin göstəricisidir, həm də dayanıqlılıq sahəsində hesabatlılıq və şəffaflıq vədimizin ifadəsidir.

Qeyd edək ki, Unibank 2025–2029-cu illəri əhatə edən genişmiqyaslı Dayanıqlılıq Strategiyasını və ona əsaslanan Dayanıqlılıq Siyasətini təsdiq edib. Bu sənədlər bankın milli prioritetlərə, beynəlxalq ESİ standartlarına və bazar trendlərinə uyğun uzunmüddətli dəyər yaratmaq məqsədi daşıyan fəaliyyət istiqamətlərini əhatə edir.

 

Unibank- Sənin Bankın!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO