Unibank Kəpəz Futbol Klubunun sponsoru oldu

Unibank Kəpəz Futbol Klubunun sponsoru oldu
İQTİSADİYYAT
12:03 23.07.2025
666
Unibank KB ölkənin futbol tarixində özünəməxsus yeri olan Kəpəz Peşəkar Futbol Klubunun inkişafına dəstək verəcək.
 
AZXEBER.COM xəbər verir ki, bu məqsədlə tərəflər arasında sponsorluq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Unibank klubun əsas sponsoru qismində çıxış edərək, Kəpəz Klubunun inkişafına maliyyə dəstəyi göstərəcək.

Məqsəd yalnız bir futbol klubuna dəstək deyil – bölgədə idmanın, xüsusən gənclər arasında futbola marağın yenidən güclənməsinə töhfə verməkdir.
Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov klubla imzalanan müqaviləni Bankın idmana dəstək strategiyasının davamı kimi qiymətləndirib: "Unibankın ölkə idmanına, xüsusilə də milli futbolumuzun inkişafına dəstəyinin tarixi uzun illərə dayanır. Bank olaraq, bu sahədə müəyyən ənənələr formalaşdırmışıq. İndi isə bu ənənəni Azərbaycanın ən sevilən bölgə klublarından biri olan Kəpəz FK ilə davam etdirməkdən şadıq. Bu müqavilə yalnız sponsorluq deyil – bölgə üçün sosial və emosional əhəmiyyət daşıyan bir mesajdır. Ümid edirik ki, birlikdə uğurlu və uzunmüddətli yol qət edəcəyik”.

Kəpəz Peşəkar Futbol Klubu İctimai Birliyi İdarə heyətinin üzvü Fərman Əli Zadə  bu dəstəyi klubun yeni mərhələyə keçidi üçün mühüm addım kimi qiymətləndirir:" "Unibank”ın bizim çətin dövrümüzdə yanımızda olması və bu əməkdaşlığa səmimi inancla yanaşması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu müqavilə təkcə maliyyə tərəfdən deyil, mənəvi baxımdan da böyük dəstəkdir. Ümid edirik ki, bu tərəfdaşlıq nəticəsində klubumuz keçmiş şöhrətini yenidən qazanacaq”.

Tərəfdaşlıq yalnız klubun maliyyə sabitliyini deyil, həm də bölgədə futbolun və gənclər arasında idmanın inkişafını hədəfləyir. 

Unibak- Sənin Bankın!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”