''Unibank'' kredit lotereyasının növbəti qaliblərini elan etdi
Bütün Xəbərlər
13:56 10.10.2012
887
Avqustun əvvəlindən start götürən “Kredit al, hədiyyə qazan” lotereyasının ikinci tirajının qalibləri olan 5 nəfər hərəyə 1000 AZN pul mükafatı udub. Onlar Bankın paytaxt və bölgə filiallarında nağd kredit cəlb edən Zərnişan Qurban qızı Abdullayeva (Eyniləşdirmə Kodu –1119610), Rövşən Əli Murad oğlu Qafarov (Eyniləşdirmə Kodu – 1047175), Rəşad Soltanağa oğlu Soltanov (eyniləşdirmə kodu –1134584), Cahil Hacıbala oğlu Həsənov (eyniləşdirmə kodu – 1110712) və İlqar Həsən oğlu Məmmədov (eyniləşdirmə kodu – 1140524)-dir.Qaliblər ötən ay ərzində Bankdan Nağd kredit, “AL Kart” kredit xətti, mikrokreditlər, “Evdar xanım” və digər növ istehlak kreditləri alan müştərilər arasında elektron püşkatma üsulu ilə müəyyən edilib. Qaliblərin seçimi xüsusi kompüter proqramı vasitəsilə, kredit götürənlərin eyniləşdirmə nömrələri əsasında, müştərilər və jurnalistlərin iştirakı ilə təşkil olunan Lotereya Komissiyası tərəfindən aparılıb.Lotereyanın növbəti tirajı Bankın Baş ofisində noyabrın 7-də keçiriləcək. Uduş fondu yenə 5 min manat təşkil edəcək. Tirajda oktyabr ayı ərzində istehlak krediti və mikrokredit alanlar iştirak edəcək. “Kredit al, hədiyyə qazan” lotereyasının şərtləri “Unibank”-ın əməkdaşlarına şamil olunmur. Aksiya 30-a yaxın filial və şöbələri əhatə etməklə, bankın bütün xidmət şəbəkəsi üzrə keçirilir.