Unibank: müştərilərimizin təhlükəsizliyi əsas prioritetimizdir

Unibank: müştərilərimizin təhlükəsizliyi əsas prioritetimizdir
İQTİSADİYYAT
11:57 24.10.2025
154
Unibank KB müştərilərinin vəsaitlərinin və məlumatlarının qorunmasını əsas məsuliyyəti hesab edir.
 
Son dövrlərdə dələduzluq sxemlərinin müxtəlif formalarla artması fonunda Bank genişmiqyaslı təhlükəsizlik tədbirləri və maarifləndirici kampaniyalar həyata keçirir. Məqsəd - həm fırıldaqçılıq cəhdlərini qabaqlamaq, həm də müştərilərin riskləri vaxtında tanımasına kömək etməkdir.

Bankın gördüyü əsas təhlükəsizlik tədbirləri:

* 24/7 Fraud Monitoring (fırıldaqçılıq monitorinqi): Tranzaksiyaları avtomatik analiz edən sistemlər şübhəli əməliyyatları dərhal bloklayır və əməliyyat sahiblərinə xəbərdarlıq göndərir, müştərilərə şübhəli əməliyyatı dəqiqləşdirmək üçün zəng edilir.

* Analitika komandası: Rəqəmsal dələduzluq hallarının qarşısının alınması məqsədilə komanda mütəmadi olaraq yeni fraud ssenarilərini təhlil edir, yaranmış halları analiz edərək uyğun həll yolları hazırlayır. Mövcud risklərə uyğun olaraq effektiv qabaqlayıcı həll yolları formalaşdırılır.

* 3D Secure və tokenizasiya: Onlayn ödənişlərdə əlavə təsdiq (3D Secure) və kart məlumatlarının təhlükəsiz saxlanması üçün tokenləşdirmə texnologiyası tətbiq olunur.

* Mobil tətbiqdə ödəniş nəzarəti: Müştəriyə kartı bir toxunuşla bloklama/aktivləşdirmə, gündəlik limitlərin təyini və əməliyyat bildirişləri funksiyaları təqdim edilir.

* Biometrik və çoxfaktorlu autentifikasiya: Hesab girişləri və kritik əməliyyatlar üçün təhlükəsizlik qatları davamlı gücləndirilir.

* İstənilən şübhəli halların operativ araşdırılması: Bankın təhlükəsizlik komandası və müştəri xidmətləri şübhəli əməliyyatları dərhal araşdırır və müvafiq prosedurlarını tətbiq edir.

* Rəsmi, doğrulanmış kanallar: Unibank yalnız mavi nişanlı rəsmi sosial səhifələr vasitəsilə elanlar edir; bank tərəfindən göndərilən rəsmi bildirişlər həmişə identifikasiyalı kanallardan gəlir.

Müştərilər üçün praktik tövsiyələr:

* Məlumatlarını heç kəslə paylaşma! Kart nömrəsi, CVV və mobilə gələn 3D Secure kodunu heç kimə vermə.

* SMS-dəki 3D Secure mətnini yoxla: Kod gələn SMS-də ticarət məntəqəsinin adı və məbləğ sənin ödəmənlə üst-üstə düşməlidir.

* Pul köçürmə təkliflərinə diqqət et: Kartdakı vəsaitləri digər hesaba köçürməyi təklif edən şəxslərə mütləq imtina et.

* Rəsmi səhifələri izlə: Sosial mediada yalnız "Unibank”ın mavi nişanlı səhifələrini izlə və şübhəli mesajları yoxla.

* Şübhəli kredit, kart, uduşlu kampaniyalara inanma: Sosial şəbəkələrdən gələn "xüsusi təklif” və ya "sənə aid hesab” tipli mesajlara daxil olma.

* Bank adından zəng etsələr belə məlumat vermə: Bank əməkdaşı heç vaxt kartın tam nömrəsi, CVV və ya SMS-kod istəmir.

Əgər şübhəli əməliyyat görsəniz - nə etməli?

Dərhal Unibank mobil tətbiqindən kartınızı bloklayın və ya 117 Müştəri xidməti ilə əlaqə saxlayın, bankın rəsmi sosial şəbəkələri üzərindən müraciət edin.  

Təhlükəsizlik həm bankın, həm də hər bir müştərinin birgə məsuliyyətidir. Birlikdə güclüyük!

Unibank – Sənin Bankın!

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 27.07.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi