‘Unibank’ın filialı qarşısında aksiya – müştərilər yolu bağladı ( İDDİA)

‘Unibank’ın filialı qarşısında aksiya –  müştərilər yolu bağladı ( İDDİA)
Bütün Xəbərlər
15:00 29.03.2015
9276

Ölkənin nəhəng bankları arasında yer alan “Unibank”la bağlı maraqlı iddia ortaya çıxıb.

Bildirilir ki, bank yaxın vaxtlarda Lənkəranın Liman qəsəbəsində terminallarını ləğv edəcək.

Bu barədə Lənkərandan məlumat daxil olub.

Məlumata görə, bu addıma səbəb bir müddət öncə sözügedən qəsəbədə yaranan gərginlik olub.

Belə ki, qəsəbə sakinlərinin bank qarşısında etiraza qalxması rəhbərliyi təşvişə salıb.

Bu səbəbdən bankın idarə heyəti qəsəbədə bankın terminallarının ləğv edilməsinə göstəriş verib. Bundan başqa, qeyri-rəsmi olaraq Liman qəsəbəsində qeydiyyatda olan vətəndaşlara kredit də verilməyəcək.

Bildirək ki, burada yaşayan sakinlərin əsas gəlir mənbəyi olan Rusiyada vəziyyətin dəyişməsi ölkənin müxtəlif bölgələrində olduğu kimi cənubda da bankdan asılı olan vətəndaşların birbaşa cibinə təsir edib. Bu səbəbdən bir çox vətəndaş kreditin ödənməsində çətinlik çəkir vəya ümumiyyətlə kreditləri ödəyə bilmir.

Bankda olan mənbəmizin verdiyi məlumata görə, bu göstərici digər ərazilərə nisbətən cənubda daha çoxdur. Çünki əhalinin böyük bir qismi Rusiya bazarları ilə dolanır.

Xatırladaq ki, fevralın 22-də qəsəbənin bir qrup sakini bahalaşmaya etiraz olaraq Bakı-Astara yolunu bağlamışdı.

**

"Unibank"dan verilən açıqlama isə belədir: 

"Bu məlumatda qeyd olunan məqamların heç bir əsası yoxdur və şayiədən başqa bir şey deyildir. "Unibank"ın Liman qəsəbəsində heç bir ödəmə terminalı (Cash-in aparatı) və bankomatı olmayıb. Buna görə də qəsəbədə hansısa terminalın ləğvindən söhbət gedə bilməz. Hazırda  "Unibank"ın “Lənkəran” filialının minlərlə müştərisi var və o müştərilərin siyahısında Liman qəsəbəsinin sakinləri də çoxluq təşkil edir.  "Unibank"ın bölgə filialı öz dəyərli müştərilərinə, eləcə də Liman qəsəbəsinin sakinlərinə yüksək keyfiyyətli bank xidmətləri göstərməkdə davam edir və edəcək.  "Unibank"ın “Lənkəran” filialının fəaliyyətinin dayandırılması  və ya fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı yazıda qeyd olunanlar həqiqətə uyğun deyil".

arqument.az

OXŞAR XƏBƏRLƏR