UNİCEF-in dəstəklədiyi "Hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərinin göstərilməsi" təlimi başlayıb

GƏNCLİK
15:39 18.08.2015
1940

“Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi” layihəsi çərçivəsində 5 günlük "Hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərinin göstərilməsi" təlimlərinə start verilmişdir.

AZXEBER.COM xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF-in Azərbaycandakı Ofisi, Avropa İttifaqı , Azərbaycan hökuməti,Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili birgə layihəsi olan “Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi” layihəsinin əsas məqsədi regionlarda yuvenal ədliyyə sistemini inkişaf etdirməkdir.

Tədbirin açılışında UNİCEF-in Azərbaycandakı Ofisinin Uşaq müdafiəsi şöbəsinin rəhbəri Ramiz Behbudov çıxış edərək, layihənin həyata keçiriləcəyi regionlar, əhatə olunan sahə üzrə fəaliyyət göstərən müxtəlif qurumlar arasında koordinasiya işləri, həbsdən yayındırma proqramları və s. barədə iştirakçılara məlumat vermişdir.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə öz növbəsində bu layihə çərçivəsində Ağcabədi və Mingəçevir regional ofislərində uşaq və yeniyetmələrin hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi üçün yaradılacaq Hüquq Klinikasından söhbət açmışdır. Bildirmişdir ki, hər 2 hədəf ərazidə 18 yaşa çatmayan istənilən şəxs hər hansı qanun pozuntusuna yol verərsə, dindirilmə zamanı təmənnasız hüquqşünas xidmətimizdən yararlanacaqdır.

Qeyd edək ki, təlimlər yuvenal ədliyyə və uşaqların müdafiəsi üzrə Böyük Britaniyanın Koram Uşaq Hüquq Mərkəzinin məsləhətçisi, 1984-cü ildən etibarən Hüquqi Yardım Məhkəmə vəkili olan Devid Quen tərəfindən keçirilir. Təlimin fasilitatorları isə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri Nazir Quliyev və hüquqşünas Ramil İskəndərlidir.

OXŞAR XƏBƏRLƏR