Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, qeydiyyat avqustun 29-da yekunlşacaq.
Abituriyentlər həmin müddətdə sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.
Qeyd edək ki, avqustun 18-dən başlayaraq, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə ixtisas seçimi aparılır. İxtisas seçimi avqustun 22-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər.