Universiteti məhkəməyə verən keçmiş kafedra müdiri ilə bağlı BDU-dan - AÇIQLAMA

Universiteti məhkəməyə verən keçmiş kafedra müdiri ilə bağlı BDU-dan -  AÇIQLAMA
Bütün Xəbərlər
00:37 06.05.2014
1448

Bakı Dövlət Universitetinin (BDU) “Riyazi analiz” kafedrasının sabiq müdiri və professoru Sadiq Abdullayev çalışdığı təhsil müəssisəsini məhkəməyə verməsi ilə bağlı xəbər vermişdik.

BDU-nun Mətbuat və İnformasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimovanın AZXEBER.COM-a açıqlamasında Sadiq Abdullayevin mövcud əsasnamənin tələblərini pozduğu üçün 22 yanvar 2013-cü il tarixində tutduğu vəzifədən azad edildiyini bildirib:

“BDU-nun Mexanika-riyaziyyat fakültəsinin “Riyazi analiz” kafedrasını sabiq müdiri Sadiq Abdullayev mövcud əsasnamənin tələblərini pozduğuna və universitetin nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə 22 yanvar 2013-cü il tarixindən pedaqoji vəzifəsi olan professor vəzifəsində saxlanılmqla, inzibati vəzifəsi kimi kafedra müdirliyindən azad edilib. Bundan sonra S.Abdullayev Yasamal rayon Məhkəməsinə müraciət edib və onun iddiası rədd edilib. Azərbaycan Respublikasının Apellyasiya və Ali Məhkəmələri ilkin instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb”.

Xatırladaq ki, keçmiş kafedra müdiri Sadiq Abdullayevin universiteti məhkəməyə verməsinə səbəb, onun tutduğu vəzifədən azad edilməsi olub. İddiaya BDU-nun inzibati binasının yerləşdiyi Yasamal rayon Məhkəməsində baxılıb və sabiq müdirin iddiası təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Ali Məhkəməsi qərarı qüvvədə saxlayıb

OXŞAR XƏBƏRLƏR