Onlar oğurluqda suçlandıqlarına görə ən ağır cəzaya layiq bilinmişdilər.
Bu dörd tələbəni döydülər, sonra da onların başlarına avtomobil şinləri keçirdilər, benzin tökdülər və od vurdular.
Ugonna Obuzor, Çiadika Biringa, Lloyd Toku və Tekena Elkana soyundurulandan sonra boyunlarına keçirilmiş şinlərin alovlanmasını görəndə bağırdılar, qışqırdılar, imdad dilədlilər.
Hər şey bir neçə anda bitdi.
Nigeriyada 4 tələbə beləcə, həlak oldu.
Onlar doğulduqları kəndə "borc yığmaq" üçün yollanmışdılar. Sələmçiliklə məşğul olan bu gənclər universitetdə təhsil almaqla yanaşı, "maliyyə fəaliyyəti" ilə də məşğul olurduldar. Lakin onların fəaliyyətləri sadəcə, sələmə pul verməkdi.
Borc alanların bir neçəsi Aluu kəndində yaşayır və aldıqları məbləğləri ödəmək istəmirdilər.
Tələbələr də borcları yığmaq üçün həmin kəndə yollanmışdılar.
Lakin borclular onlara pusqu qurmuşdular.
Çuba şəhərindəki Port-Harkur Universitetinin yataqxanasında bir otaqda qalan tələbələr kənddə borcluları axtarmağa başlayanda onları tutdular, oğurluqda suçladılar və döyməyə başladılar.
20 yaşlı Çadika Birinqa teatr sənəti, 18 yaşlı Uqonna Obuzor geologiya, 20 yaşlı Tekena Elkana mühəndislik, Lloyd Toku isə riyaziyyat fakültəsində oxuyurdular.
Kəndlilər onları huşsuz vəziyyətə düşənədək döydülər. Sonra da aldıqları zərbələrin ağrısından heç nə hiss etməyən gənclərin üstünə benzin töküldü, boyunlarına benzinli avtomobil şinləri taxıldı və o şinlərə od vuruldu.
Kəndlilərin bəziləri bu səhnələri mobil telefonla çəkərək YouTube servisinə yükləyiblər.
CNN bildirir ki, polis dəhşətli cinayəti törədənləri həbs edib.
Birinqanın anası Çineve və atası Stivenin dediklərinə görə, oğulları çox mehribandı:
"Obuzor oğluma deyib ki, kənddə borclusu var, gedib pulu almaq gərəkdir. Onlar kəndə çatanda isə borclular yalandan üstlərinə atılıblar, uşaqları mobil telefon və noutbuk oğurlamağa cəhddə suçlayıblar. Halbuki oğlum oğru olmayıb. O, elə bir insandı ki, sizi gündə 100 dəfə görsəydi, 100 dəfə salamlaşardı", - Birinqa deyib.
Aluu kəndinin 13 sakini polisə ifadə verir.
milli.az