Universitetin həyəti yandı

Universitetin həyəti yandı
Bütün Xəbərlər
15:52 18.08.2014
1859
Bakıdakı ali təhsil müəssisəsində yanğın olub.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, yanğın Memarlıq və İnşaat Universitetinin həyətində meydana gəlib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, universitetin həyətində taxta tullantılar yanıb. Əraziyə cəlb edilən yanğınsöndürənlərin səyin nəticəsində yanğının qarşısı alınıb.
OXŞAR XƏBƏRLƏR