Universitetlərdə üç yeni ixtisas yaradıldı

Universitetlərdə üç yeni ixtisas yaradıldı
Bütün Xəbərlər
11:20 06.04.2012
1802

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

Qurumun mətbuat xidmətində AZXEBER.COM-a verilən məlumata görə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin təklifini nəzərə alaraq “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın “6. Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinə “128-2. 050652 Kosmik texnologiyalar mühəndisliyi”, “128-3. 050653 Kosmik texnika mühəndisliyi” və “128-4. 050654 Kosmik idarəetmə sistemləri mühəndisliyi” hissələri əlavə edilib.

OXŞAR XƏBƏRLƏR