‘Unudulmaz Tarixim’ adlı layihəyə start verilir - FOTOLAR

GƏNCLİK
00:21 11.08.2014
2734

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Unudulmaz Tarixim”  adlı layihəyə start verilir.

Gənclər Fondunun elan etdiyi beşinci qrant müsabiqəsinin C kateqoriyası çərçivəsində reallaşan “Unudulmaz Tarixim” adlı layihənin keçirilməsində əsas məqsədi yeniyetmə və gənclərin milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən gənclər siyasətinə dəstək olmaqdan ibarətdir. Layihə çərçivəsində çəkiləcək və hazırlanan qısa metrajlı film Şuşa və Qarabağın simvollarının, adət - ənənələrimizin hələ də yaddaşlardan silinməməsi və film şəklində yaddaşda saxlanılmasına xidmət göstərir.

Layihə rəhbəri Orxan Muxtarlının qeyd etdiyinə görə layihə vasitəsilə Qarabağ regionuna aid sərvətləri gənclərə çatdırmaqla yanaşı layihə çərçivəsində hazırlanan”xarı bül-bül” qısa metrajlı film dünyada yalnız Azərbaycanda bitən, adı Qarabağın adıyla birgə çəkilən Şuşanın milli simvolu “Xarı Bülbül” çiçəyi barəsində olacaqdır.

Hal – hazırda filmin çəkilişləri başa çatıb və montaj işləri tamamlanmaq üzrədir. Qeyd edək ki, çəkilişlərdə rejisor-Pervin Qorçuyev, operator-Novruz Məmmədoğlu, montajçı-Paşa Nesibov, qumrəssamı- Lalə Hüseynzadə,Rollarda-əməkdar artist Lətifə Cahandarqızı, Vahid orucoğlu iştirak ediblər. Bütün texniki işlər tamamlandıqdan sonra yaxın zamanlarda  “Xarı Bülbül” çiçəyi haqqında olacaq qısa metrajlı filmi geniş ictimayətə təqdim etməyi planlaşdırırıq.

OXŞAR XƏBƏRLƏR