Avqustun 27-i Urmiya yürüşündə həlak olan həmyerlimizin kimliyi müəyyənləşib.
AZXEBER.COM xəbər portalının “Öyrənci” xəbər saytına istinadən verdiyi məlumata görə, onun adı İbrahimdir, soyadı isə hələ müəyyənləşməyib. Məlumata görə, mərhumun 34 yaşı olub. O, hökumət qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.
Məlumata görə, hökumət qüvvələri sözü gedən mərhumun cəsədini onun evinin yerləşdiyi məntəqədə buraxıblar. Daha dəqiq desək, mərhumun cəsədi Əlburz xiyabanındakı Kəndu qənnadisinin qarşısında tapılıb.