"Yaralandığım və doğulduğum Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edildi. Çox sevinirəm, əsgərləmizə dəstəyəm".
AZXEBER.COM xəbər verir ki, bu sözləri paraolimpiyalı cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində deyib.
O Azərbaycan Ordusuna dəstək olduğunu deyib: "Allah Azərbaycan dövlətini və ordusunu qorusun. Kaş mənim də səhhətim imkan verərdi və qardaşlarımla çiyin-çiyinə döyüşərdim".