"Uşağı xilas etmək istəyəndə bir nəfəri yaraladım" - Doğuş başına gələnlərdən danışdı

"Uşağı xilas etmək istəyəndə bir nəfəri yaraladım" - Doğuş başına gələnlərdən danışdı
MAQAZİN
17:20 11.03.2025
243

Sevilən müğənni Doğuş açıqlamaları ilə diqqət çəkib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşaqlıq illərindən söz açan Doğuş yaşadığı ağrılı günlərdən danışıb:

O, illər öncə adının hallandığı yaralama hadisəsindən də söz açıb:

"Anamla atam ayrıldı. Bir müddət babamın yanında yaşadım. Sonra nənəmə verdilər, o da baxmadı. Uşaq evinə göndərdilər. O zaman uşaq evləri çox qəddar idi. Altımı islatdığım üçün xadimələrdən biri "lezva” ilə qolumu kəsdi. 7 yaşımda oradan qaçdım. Nənəmin məkanı cənnət olsun. Oradan sonra onun yanına göndərdilər. Babamın isə yeri cəhənnəm olsun. Bunun səbəbi isə mənə qalsın. Babam Almaniyadan qayıdanda evdən qaçdım. 18 yaşında bir uşağı xilas etmək istəyəndə bir nəfəri yaraladım. Mühafizəçi uşağa təcavüz etmək istəyirdi. O mənzərəni görəndə əlimdəki kəsici alətlə onu vurmuşdum”.

Aysel

OXŞAR XƏBƏRLƏR