Uşağını bağçaya göndərməyən valideynlər cəzalandırılacaq? - AÇIQLAMA

Uşağını bağçaya göndərməyən valideynlər cəzalandırılacaq? - AÇIQLAMA
SOSİAL
13:43 18.11.2026
68
"Məktəbəqədər təhsildən uşaqların kənarda qalmasının bir neçə əsas səbəbi var. İlk növbədə, bunu yalnız valideynlərin məktəbəqədər təhsilə münasibəti ilə əlaqələndirmək düzgün olmazdı. Burada dövlətin yaratdığı imkanlar, infrastruktur, ailələrin sosial vəziyyəti və valideynlərin maarifləndirilməsi kimi amillər də mühüm rol oynayır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib. O qeyd edib ki, əsas problemlərdən biri məktəbəqədər təhsil müəssisələrinin ölkə üzrə qeyri-bərabər paylanmasıdır:

"Böyük şəhərlərdə belə bağçalarda yer çatışmazlığı müşahidə olunduğu halda, bəzi kənd və rayonlarda ümumiyyətlə məktəbəqədər təhsil müəssisəsi yoxdur və ya mövcud müəssisələr yaşayış məntəqələrindən uzaqda yerləşir. Məsələn. Qusar rayonunda uşaqların cəmi 6,9 faizinin təhsilə cəlb olunması regionlar arasındakı fərqin nə qədər ciddi ola biləcəyini göstərir.

Digər mühüm səbəb iqtisadi amillərdir. Özəl bağçaların xidmət haqqı bir çox ailə üçün əlçatan deyil. Dövlət bağçalarında isə yer tapmaq, uşağın müəssisəyə aparılıb-gətirilməsi və iş rejiminə uyğunlaşmaq kimi çətinliklər mövcuddur. Xüsusilə kənd yerlərində nəqliyyat və məsafə problemi valideynlərin qərarına ciddi təsir edir.

Bununla yanaşı, valideynlərin bir qismi məktəbəqədər təhsilin əhəmiyyətini kifayət qədər dərk etmir. Belə hesab edirlər ki, uşaq altı yaşında məktəbə gedəcəksə, həmin vaxta qədər ailə daxilində böyüməsi kifayətdir. Halbuki məktəbəqədər təhsil yalnız uşağa hərf və rəqəmləri öyrətməkdən ibarət deyil. Bu mərhələdə uşağın ünsiyyət, kollektivə uyğunlaşma, özünüifadə, müstəqil qərarvermə və sosiallaşma bacarıqları formalaşır. Bağçaya gedən uşaq məktəb mühitinə daha rahat uyğunlaşmaq imkanı əldə edir”.

Ekspertin sözlərinə görə, bu istiqamətdə dövlət siyasəti yalnız yeni bağçaların tikilməsi ilə məhdudlaşmamalıdır:

"Xüsusilə kənd yerlərində icma əsaslı məktəbəqədər təlim qruplarının, qısamüddətli hazırlıq qruplarının yaradılması, məktəblərin nəzdində müvafiq bölmələrin açılması və özəl sektorun bu sahəyə cəlb edilməsi vacibdir. Əsas məqsəd hər bir uşağın yaşadığı yerdən və ailəsinin maddi imkanlarından asılı olmayaraq məktəbəqədər təhsil almaq imkanına sahib olmasıdır. Valideynlərə cəza tətbiq olunması məsələsinə gəlincə, burada qanunvericiliyin tələblərini düzgün fərqləndirmək lazımdır. Azərbaycan Respublikasının «Məktəbəqədər təhsil haqqında» Qanununda məktəbəqədər təhsilin könüllülük prinsipi təsbit olunub. «Təhsil haqqında» Qanununa əsasən məktəbəqədər təhsil valideynlərin istəyindən asılı olaraq təhsil müəssisələrində və ya ailədə həyata keçirilə bilər. Beş yaşlı uşaqlar üçün məktəbəhazırlıq zəruri hesab edilsə də, bu hazırlıq mütləq bağçada keçirilməli deyil, ailədə də təşkil oluna bilər. 
İnzibati Xətalar Məcəlləsinə əsasən isə yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi ilə bağlı valideyn vəzifələrinin üzrlü səbəb olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq və ya 40 manatdan 60 manatadək cərimə nəzərdə tutulur. Lakin bunu uşağını bağçaya qoymayan hər bir valideynə avtomatik tətbiq edilən cəza kimi qiymətləndirmək olmaz”.

Vüsət Əzizov əlavə edib ki, məktəbəqədər təhsil könüllüdür:

"Bu məsələdə cəza mexanizmlərindən daha çox təşviq və maarifləndirmə mexanizmlərinə üstünlük verilməlidir. Əgər dövlət valideynə uşağını məktəbəqədər təhsilə cəlb etməyi tövsiyə edirsə, ilk növbədə bunun üçün əlçatan şərait yaratmalıdır. Yəni bağça yoxdursa, yer yoxdursa və ya ailənin maddi imkanı buna çatmırsa, valideyni məsuliyyətə cəlb etmək problemi həll etməyəcək. Əsas prinsip o olmalıdır ki,məktəbəqədər təhsil valideyn üçün seçim, uşaq üçün isə əlçatan imkan olmalıdır. Məqsəd uşaqları bağçaya məcburi şəkildə cəlb etmək deyil, onların erkən inkişaf imkanlarından məhrum olmasının qarşısını almaqdır”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dünyanın ən xoşbəxt pasportları bəlli oldu: İlk pillədə hansı ölkədir?
13:48 18.11.2026
Dünyanın ən xoşbəxt pasportları bəlli oldu: İlk pillədə hansı ölkədir?
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçildi
13:44 18.11.2026
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçildi
Uşağını bağçaya göndərməyən valideynlər cəzalandırılacaq? - AÇIQLAMA
13:43 18.11.2026
Uşağını bağçaya göndərməyən valideynlər cəzalandırılacaq? - AÇIQLAMA
Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi
13:41 18.11.2026
Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi
Ramiz Mehdiyevin cəzası azaldılacaq? - AÇIQLAMA
13:34 18.11.2026
Ramiz Mehdiyevin cəzası azaldılacaq? - AÇIQLAMA
Milli Məclisdə söz-söhbət bitmir: Deputatlar arasında mübahisələr, spikerin iradları...
13:24 18.11.2026
Milli Məclisdə söz-söhbət bitmir: Deputatlar arasında mübahisələr, spikerin iradları...
Bakıda bu ərazilərə giriş pullu olacaq
13:23 18.11.2026
Bakıda bu ərazilərə giriş pullu olacaq
İbtidai sinif müəllimlərinin böyük qismi ali təhsilli deyil
13:14 18.11.2026
İbtidai sinif müəllimlərinin böyük qismi ali təhsilli deyil
Mərc oyunları, lotereya və onlayn ticarətlə bağlı - Yeni qaydalar
13:11 18.11.2026
Mərc oyunları, lotereya və onlayn ticarətlə bağlı - Yeni qaydalar
Azərbaycanda kuryerlər vergiyə cəlb olunacaqlar - İlk oxunuşda qəbul etdi
12:45 18.11.2026
Azərbaycanda kuryerlər vergiyə cəlb olunacaqlar - İlk oxunuşda qəbul etdi
SOCAR: Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir
12:42 18.11.2026
SOCAR: Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir
“Adlarını birinci görməyəndə stres keçirirlər” - Zahid Oruca söz atdı
12:39 18.11.2026
“Adlarını birinci görməyəndə stres keçirirlər” - Zahid Oruca söz atdı
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
12:25 18.11.2026
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
Bakıda kişi dostunun evində faciəvi şəkildə öldü
12:09 18.11.2026
Bakıda kişi dostunun evində faciəvi şəkildə öldü
Təhsil müəssisələrində istilik mövsümünə hazırlıq başa çatır
12:03 18.11.2026
Təhsil müəssisələrində istilik mövsümünə hazırlıq başa çatır
Bu mənzillər vergidən azad ediləcək
11:56 18.11.2026
Bu mənzillər vergidən azad ediləcək