Əl Cəzire televiziyasının yayımlanan Ben Ladenə aid edilən səs qeydində deyilir: "Eyni mesajı təkrarlayırıq. Qardaşlarımızın əlindəki məhbusların sərbəst buraxılması əsgərlərinizin ölkəmizdən çəkilməsinə bağlıdır. Prezidentinizin Əfqanıstandan çəkilməyi rədd etməsi, məhbuslarınızın öldürülməsi üçün yaşıl işıqdır".
Səs yazısında, Fransa prezidentiNikola Sarkozinin bu münasibətinin özünə və Fransaya baha başa gələcəyi deyilir.
Qeyd edək ki, Əfqanıstanın paytaxtı Qabilin təxminən 60 km şərqində, 30 dekabr 2009-cu ildə 2 fransız jurnalist və onlarla birgə 3 Əfqan qaçırılmışdı.