Uşaq maşından düşərkən digər avtomobil onu vurub öldürdü

Uşaq maşından düşərkən digər avtomobil onu vurub öldürdü
Bütün Xəbərlər
14:22 14.06.2014
1182
Dəhşətli hadisə Kürdəmirdə baş verib.
Kürdəmir rayonunda azyaşlı uşaq faciəli şəkildə dünyasını dəyişib.
AZXEBER.COM  xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün saat 10:30 radələrində Kürdəmir-Mollakənd yolunda qeydə alınıb.
Kənd sakini, 2004-cü il təvəllüdlü Qasımov Samir Alay oğlu atasının idarə etdiyi minik avtomobilindən düşərkən qəflətən onun yanından keçən digər avtomobil, 1965-ci il təvəllüdlü Eldar İsmayılovun idarə etdiyi “QAZel” markalı yük maşını tərəfindən vurulub. Uşaq aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Sürücü hadisə yerindən qaçsa da, o polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR