Uşaq pulunun bərpası ilə bağlı hökumətə təkliflər verildi

Uşaq pulunun bərpası ilə bağlı hökumətə təkliflər verildi
SOSİAL
10:47 11.03.2019
5878
2019-cu ilin ilk iki ayında sosial sahədə qəbul edilən qərarlardan sonra ən çox verilən sual daha hansı addımların atılmasına ehtiyacın olması ilə bağlıdır. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) hər zaman sosial islahatlar ilə bağlı təkliflərini hökumətə təqdim edir və onların reallaşmasına çalışır. Problemli kreditlərə kompensasiyanın verilməsi ilə bağlı təkliflərimiz dəfələrlə hökumət qurumlarında müzakirə olunmuşdu və nəhayət reallaşdı.

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, uşaq pulunun bərpa edilməsi ilə bağlı təkliflərini artıq hökumətə təqdim edib.

V.Bayramov nələri təklif etdiklərini və bunun müxanizmini aşağıdakı kimi izah edib:

– Hazırda ölkəmizdə 17 yaşınadək olan uşqların sayı 2 milyon 614 min nəfərdir. Uşaq pulunun bərpası və onun differensial şəkildə tətbiqini məqsədəuyğun hesab edirik. Yaşına görə xərcin məbləğindən asılı olaraq uşaq pulu üçün ödənilən vəsaitin həcmi də dəyişə bilir. Təklif etidyimiz mexanizmə görə, uşaq pulunun məbləği 3 yaş qruplarına görə qruplaşdırılır. 3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. 3 yaş daxil olmaqla bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, 1 yaşda olanlar 157.8 min nəfər, 2 yaşda olanlar 164.4 min nəfər və 3 yaşı tamam olanlar 168.2 min nəfərdır. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaq pulunun məbləği 50 milyon 752 min manat edir.

Digər differensial uşaq pulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşqaları əhatə edir. Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var. Belə ki, 170.7 min uşağın 4, 172.3 min uşağın 5 və 173.8 min uşağın isə 6 yaşı var. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdlr.

Digər uşaq pulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyn 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: 7 yaş 163.3 min, 8 yaş 149.8 min, 9 yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 min məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaq pulun məbləği 58 milyon 512 min manat edir.

Bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir. Bu illik 1 milyard 612 milyon manat deməkdir. Bəzi uşaqların müavinət aldığını nəzərə alsaq məbləğ nisbətən aşağı olacaq. Məsələn, 58.4 min uşaq fiziki imkanları məhdud olduğu üçün sosial müavinət alır. Tətbiq etdiyimiz mexanizmdə illik məbləğ nisbətən böyük görsənə bilər, amma biz bu məbləğin ödənilməsi yollarını da təklif edirik. Əvvəlla, bu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır. Bu o deməkdir ki, təklif edilən illik uşaq pulu məbləği ümumi büdcə xərclərimizin 6.5 faizini təşkil edəcək. Göründüyü kimi, büdcənin movcud imkanları və xərci qarşılaya bilər. Bunun belə, büdcə xərclərinin strukturunda dəyişikliklər edib bu istiqamətə vəsait ayırmaq mümkündür. Özünü maliyyələşdirən rayonların sayını artırmaqla və eləcə də rayonların inzibati birləşdirilməsi yol ilə onların sayını azaltmaqla, ünvanlı sosial yardım alanların özünüməşğull proqramına transfer etməklə və ölkəmizdə son illər infrastrukturun inkişaf etməsi səbəbindən büdcənin investisiya xərclərinin optimallaşdırmaqla uşaq pullarının ödənilməsi üçün vəsaitin ayrılmasını təklif edirik.
 
///azvision.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan sabah İstanbulda yunanıstanlı həmkarı ilə görüşəcək
22:53 27.11.2026
Ərdoğan sabah İstanbulda yunanıstanlı həmkarı ilə görüşəcək
Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq"
22:43 27.11.2026
Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq"
Mahir Emreli "Rakuv"un heyətində yeddinci qolunu vurub
22:33 27.11.2026
Mahir Emreli "Rakuv"un heyətində yeddinci qolunu vurub
Lənkəranda avtomobilin vuraraq öldürdüyü uşaq 5-ci sinif şagirdi imiş
22:21 27.11.2026
Lənkəranda avtomobilin vuraraq öldürdüyü uşaq 5-ci sinif şagirdi imiş
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
22:07 27.11.2026
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib
21:54 27.11.2026
Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib
Tokayev: "Məscidlərin yerinə kitabxana tikmək lazımdır"
21:42 27.11.2026
Tokayev: "Məscidlərin yerinə kitabxana tikmək lazımdır"
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
21:26 27.11.2026
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib
21:16 27.11.2026
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib
Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir
21:06 27.11.2026
Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir
Bakıda Azərbaycan və Niderland arasında əməkdaşlıq üzrə "Yol xəritəsi"nin icrası müzakirə edilib
20:58 27.11.2026
Bakıda Azərbaycan və Niderland arasında əməkdaşlıq üzrə "Yol xəritəsi"nin icrası müzakirə edilib
Ukrayna Tulada kauçuk zavoduna zərbə endirib
20:50 27.11.2026
Ukrayna Tulada kauçuk zavoduna zərbə endirib
Mehdiyev evindən çıxan 17 milyondan danışdı: “Pulları öz zəhmətimlə yığmışam"
20:42 27.11.2026
Mehdiyev evindən çıxan 17 milyondan danışdı: “Pulları öz zəhmətimlə yığmışam"
Pakistan və Türkiyə Səudiyyə Ərəbistanının müdafiəsinə yardım etməyə hazır olduqlarını təsdiqləyib
20:37 27.11.2026
Pakistan və Türkiyə Səudiyyə Ərəbistanının müdafiəsinə yardım etməyə hazır olduqlarını təsdiqləyib
Valeh Ağayev vəfat etdi
20:27 27.11.2026
Valeh Ağayev vəfat etdi
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
20:16 27.11.2026
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib