Uşaq və yeniyetmələrdən ibarət Taekvondo komandasının kəmər imtahanı keçirilib

Uşaq və yeniyetmələrdən ibarət Taekvondo komandasının kəmər imtahanı keçirilib
Bütün Xəbərlər
12:55 28.04.2015
1017
Fateh idman klubunun Nəsimi rayonu üzrə uşaq və yeniyetmələrdən ibarət Taekvondo komandasının kəmər imtahanı keçirilib. Klubunu baş məşqçisi Elməddin Vəliyev və komandanın müəllimi Amid Vəliyevin rəhbərliyi ilə keçirilən imtahanı uğurla başa vuran idmançılara sertifikat və kəmər vəsiqələri təqdim olunub.
Qeyd edək ki, idmançılar 3-4 aydan bir kəmər imtahanı verərək hər dəfə bir rəngdə kəmər və hər ara mərhələdə növbəti kəmər rəngdə xətt alırlar.
Kəmərlər sarı kəmər-yaşıl xətt, yaşıl kəmər-göy xətt, göy kəmər-qırmızı xətt, qırmızı kəmər-qara xətt və sonda qara kəmər - 1-ci dan üzrə dəyişir.
Onu da bildirək ki, Fateh idman klubunun taekvondo dərnəyi 2013-cü ildən fəalliyətə başlayıb. Klubun Memar Əcəmi, Neftçilər, Biləcəri, Xırdalan, Binəqədi, Günəşli, Pirşağı Kürdəxanı komandaları fəaliyyət göstərir. Klubun üzvləri respublika və bir sıra beynəlxalq yarışlarda ölkəmizi və klubu təmsil edərək uğurlara imza atıblar.
OXŞAR XƏBƏRLƏR