Uşaqbazlıq edən şəxs axtalanacaq

Uşaqbazlıq edən şəxs axtalanacaq
DÜNYA
12:23 25.05.2012
2627
Cənubi Koreyada uşaqlara qarşı bir neçə dəfə seksual xarakterli hərəkət edən şəxsin kimyəvi yolla axtalandırılmasına başlanılacaq.
Ədliyyə nazirliyinin rəsmiləri 45 yaşlı məhkuma testosteron hormonları azaldan və cinsi impulsları yox edən iynə vurulacağını bildirib.Qeyd edək ki, şəxsin 1984 – 2002-ci illər arasında 13 yaşından kiçik qız uşaqlarına təcavüz və seksual xaraterli hərəkət cinayəti ilə 4 dəfə məhkum edildiyi bildirilib. Bundan başqa aparılan psixiatrik testin bu şəxsin uşaqbaz olduğu və müalicəyə ehtiyacı olduğunu göstərdiyi qeyd edilib.Üç il müddətində hər 3 aydan bir axtalanmaq iynəsi vurdurmağı qəbul edən məhkumun iyunda azadlığa buraxılacağı, bunu qəbul etməyəcəyi və ya bir iynə vaxtını keçirəcəyi təqdirdə isə qanuna görə şəxsin yenidən 7 il həbsə məhkum ediləcəyi bildirilib.Xatırladaq ki, Cənubi Koreyada uşaqbazların axtalanması barədə qanun 2010-cu ildə qəbul edilib.anspress
OXŞAR XƏBƏRLƏR