Uşaqlar arasında aparılan "tər testi"nin nəticələri açıqlandı

Uşaqlar arasında aparılan "tər testi"nin nəticələri açıqlandı
SAĞLAMLIQ
19:07 14.06.2022
513
Kistoz fibroz (kistik fibrozis) xəstəliyinin erkən diaqnostikası məqsədilə ötən ilin aprel ayından bu ilin may ayının sonunadək həkim təyinatına uyğun olaraq uşaqlar arasında 282 "tər testi” aparılıb.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan bu müayinəyə, əsasən, erkən yaş dövründə olan uşaqlar cəlb olunub.

"Tər testi”ndə iştirak edənlərin 46-sı 1 yaşa qədər olan körpələr, 123-ü 1-3 yaş arası, 53-ü 3-6 yaş arası, 60-ı isə 6 yaşdan yuxarı olan uşaqlardır.

Müayinələr zamanı 27 nəfərin test nəticəsi müsbət, 49 nəfərinki şübhəli, 206 nəfərin test nəticəsi isə mənfi çıxıb. Kistik fibrozis diaqnozu təsdiqlənən uşaqlar Uşaq Klinik Xəstəxanasının Kistoz Fibroz Mərkəzində qeydiyyata alınır. Burada onlar qidalanma, fiziki inkişaf və tənəffüs göstəriciləri ilə bağlı həkim tərəfindən mütəmadi kontrol müayinələrə cəlb olunurlar. Hazırda Mərkəzdə kistoz fibroz diaqnozu təsdiqlənmiş 43 uşaq qeydiyyatdadır.

Qeyd edək ki, hazırda "tər testi” TƏBİB-in tabeliyindəki Bakı şəhərində fəaliyyət göstərən K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Uşaq Klinik Xəstəxanasında aparılır. Kistoz fibroz - irsi yolla keçən və metabolizm prosesinin pozulması nəticəsində yaranan xəstəlikdir. Bu xəstəliyin körpənin həyatının ilkin dövründə müşahidə olunan əlamətlərinə yenidoğulmuşda uzun müddət davam edən sarılıq, düz bağırsağın sallanması, xroniki diareya, öskürək, təngnəfəslik, pnevmoniya, dəridən duzlu dad gəlməsi, fiziki inkişafın ləngiməsi və s. aiddir. Xəstəliyin məktəbəqədər, məktəb yaşlı uşaqlarda və yeniyetmələrdə simptomları fərqli olur.

Məlumat üçün bildirək ki, kistik fibrozis xəstəliyinin yenidoğulmuşlar arasında erkən diaqnostikası eyni zamanda "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində icra olunan neonatal müayinələr (skrininq) vasitəsilə də aparılır. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həyata keçirilən bu müayinə yenidoğulmuşlarda kistoz fibrozla yanaşı fenilketonuriya, qalaktozemiya, adrenogenetal sindromu və hipotireoz kimi xəstəliklərin erkən mərhələdə aşkarlanmasını təmin edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək